“Parabank” işi nəzarətə götürüldü - Açıqlama

20-08-2015, 16:28           
“Parabank” işi nəzarətə götürüldü - Açıqlama
“Parabank”da vergidən yayındırılan milyonlar və bir nəfərin ölümü, eləcə də bir günahsız insanın həbs edilməsi ilə bağlı dövlət orqanları məlumatlandırılıb.

Dia.az xəbər verir ki, bu barədə Aznews.az-a “Parabank”ın həbs olunan sabiq əməkdaşı Ülvi Kazımovun anası Maya Kazımova bildirib. Maya Kazımovanın sözlərinə görə, oğlunun qanunsuz həbsi ilə bağlı Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın qəbulunda olublar: “Bizi Mehriban xanımın köməkçisi Məlahət Səttarova qəbul etdi. Məlahət xanım şikayətimizi dinləyib, işin mahiyyəti ilə tanış olandan sonra bizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna göndərdi. Eyni zamanda bizə bir telefon nömrəsi verdi ki, nəticə ilə bağlı onları məlumatlandıraq. Avqustun 17-də Fuad Ələsgərovun qəbulunda olduq. Bizi Fuad müəllimin müavini qəbul etdi. Onun bizə ilk sualı bu oldu ki, əgər oğlunuz pulu götürməyibsə, nə üçün ona qarşı ittiham irəli sürülüb? Axı “Parabank”da ondan başqa kassir işləyən çox adam var. İzah etdik ki, ilk növbədə yazılan şikayət ərizəsi “Parabank” tərəfindən deyil, “Kia Motors AZ” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov tərəfindən yazılıb.

Prokrorluqda bu iş birtərəfli araşdırılır. Çünki oğlum Ülvi Kazımov “Parabank”ın Nəsimi Filialının işçisi olub. Filiala isə Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edib. Ülvi Kazımov isə filialın işçisi olub və onun Səxavət Səfərovla səxsi əlaqəsi olmayıb ki, pulu şəxsən ona versin. Pul “Parabank”a verilib və cavabdehliyi də bank daşıyıb. Oğlum isə 2012-ci ilin oktyabrında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Həmin vaxt “Parabank” bunkerdə olan bütün qızıl-zinət əşyaları ilə yanaşı, qiymətli kağızlar və pulları sayılıb və təhvil götürülüb. İşdən öz ərizəsi ilə çıxması Ülvi Kazımovun əmək kitabçasında da öz əksini tapıb. Əgər həqiqətən həmin vaxt əksiklik olubsa, birbaşa olaraq polis və prokrorluq orqanlarına xəbər verilməli idi. Amma bunun əksinə olaraq 3 il sonra pulun yoxa çıxdəğı deyilir və “Kia Motors AZ” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov bankdan deyil Ülvi Kazımovdan şikayətçı olur”.

Maya Kazımovanın səzlərinə görə, onun səslərdiyi məlumatları qəbulu aparanlar təəccüblə qarşılayıb: “Biz, həmçinin, vurğuladıq ki, iddialara görə “Parabank”ın Nəsimi Filialından 689 min manat pul yoxa çıxıb. Bu isə “Parabank”ın Nəsimi Filialınin qanuni saxlanc limitindən (200 min manat) 3 dəfə çoxdur. Prokrorluqdan verilən məlumata görə, əksiklik 2015-ci ilin əvvəlində aparılan yoxlama zamanı aşkarlanıb. Amma qaydalara əsasən bir filial il ərzində minimum 2 dəfə öz mərkəzi bankı tırəfindən, 2 dəfə isə Mərkəzi Bank tərəfindən audit yoxlamasından keçir. Belə çıxır ki, 3 il ərzində Nəsimi filialında 12 yoxlama aparılıb və onlardan 11-də hər şey qaydasında olub. Sonuncu yoxlamada isə birdən-birə 689 min manatın yoxa cıxdığı məlum olub. Halbuki “Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərov öz çirkli pullarını qeyri-qanuni şəkildə vergidən yayındırmaq üçün bankın bunkerındə saxlamış (40 milyon manat) və onlara nəzarət üçün Farhad Abbasov adlı səxsi ora nəzarətçi təyin edib. Həmin şəxs isə bankın içərisində özünə 8 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. Farhad Abbasov hadisədən 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Bu məlumatları onların nəzərinə çatdırandan sonra işin əsl mahiyyəti onlar ünün də anlaşıqlı oldu və bizi Respublika Prokrorluğunda Kamal Qılıcovun qəbuluna göndərdilər. Kamal Qılıcovun qəbuluna getdikdə bildirdilər ki, 10 gün müddətində bizi qəbul edəcəklər. Ümid edirik ki, ədalətın öz yerini tapmasına nail ola biləcəyik”.

Nəzərə alsaq ki, filiala oğul Səfərov rəhbərlik edir, onda ata Səfərovun pullarının necə yerləşdirilməsi, onun dövlətdən necə gizlədilməsi və qeyri-qanuni yolla dövriyyə buraxılması kimi halların necə baş verməsi o qədər də təəccüblü deyil. Bu faktların aşkarlanmasıyla kimlərin cəzalanacağı bəlli olmasa da, Parabankın “Nəsimi” filialında “Kia Motors AZ” MMC-nin müştərək fırıldağıyla dövlətdən gizlədilən pulun təftişinə artıq başlanılıb.

Məsələ ictimailəşəndən sonra hər iki qurumda Vergilər Nazirliyi böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.