Bakıda bizi azərbaycan dilində başa düşmürlər - Rus diloində danışmalısan AUDİO

20-08-2015, 20:47           
Bakıda bizi azərbaycan dilində başa düşmürlər - Rus diloində danışmalısan AUDİO
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlərdə ana dilimizdə danışmağı bacaran satış meneceri qıtlığı yaşanır. Səbəbini biz yox, bu dükanların sahibləri bilir. Ancaq, məlum olan bir məsələ var. O da bu vəziyyətin biz azərbaycanlıları ciddi narahat etməsidir.

Axı, bura Azərbaycandır! Moskva, London, Paris, Roma yaxud Berlin deyil ki, burada həmin ölkələrə məxsus olan malların satışında da o dillərdən istifadə edilsin.

Qısa arayışdan sonra keçim digər bir məsələyə. Bu günlərdə redaksiyamıza qeyd olunan məsələ ilə bağlı müraciətlərin sayı xeyli artıb. Müraciətlərdən görünür ki, hətta iş o həddə çatıb ki, doğma ölkəmizdə alış-veriş və ya hər hansı bir xidmət sahəsində bizlərdən əcnəbi dillərdə danışmaq tələb olunur.

Müraciətlərdən birində bildirilir ki, Avstriya Hava Yollarının Bakı ofisində də anoloji vəziyyət hökm sürür. Yəni, bura zəng edib bilet sifariş etmək istəyən şəxsdən ən yaxşı halda rus dilində danışmaq tələb olunur.

Biz də AzVision.az olaraq məsələni araşdırmaq qərarına gəldik. Əməkdaşımız Hafiz Əhmədov müştəri qismində Avstriya Hava Yollarının Bakı ofisinə zəng edir. Əməkdaşımızla ofisin xanım işçisi arasında baş tutan dialoqun səs yazısını təqdim edirik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.