Əfv komissiyası yenidən toplanır - Böyük günə tədarük

24-03-2018, 12:56           
Əfv komissiyası yenidən toplanır - Böyük günə tədarük
Bayramdan sonra Əfv Məsələləri Komissiyasının növbəti iclasları keçiriləcək. Bu barədə Modern.az-a Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, may ayında prezident tərəfindən növbəti əfv sərəncamının imzalanacağı gözlənilir:

“Bildiyiniz kimi bu, ölkə başçısının səalhiyyətində olan məsələdir. Bu məsələlərdən irəli gələn işlərin icrası isə Əfv Məsələləri Komissiyasının öhdəliyindədir. Biz də böyük ümidlə gözləyirik”.

Qeyd edək ki, növbəti əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilirdi. Komissiyadan Modern.az-a verilən məlumata görə, müraciətlər həddindən çox olduğundan, onların hamısına baxılaraq rəy hazırlanması qısa zamanda mümkün olmayıb.

Xatırladaq ki, respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, işi yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru