Leyla Əliyeva Ağalarovlarla bir yerdə - FOTO

30-07-2018, 00:50           
Leyla Əliyeva Ağalarovlarla bir yerdə - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018” Beynəlxalq Musiqi Festivalının final günündə fəxri qonaqların arasındadır.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva festivalın final gecəsində qırmızı xalıdan Araz Ağalarov, İrina Ağalarova və Şeyla Ağalarova ilə birlikdə keçib.

Qeyd edək ki, festivalın sonuncu günündə Valeriy Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçiriləcək. Habelə A’Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.


Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.