Aztv nin Mədəniyyət kanalı və Dosent Natiq Alışov Azərbaycana xəyanət edir? VİDEO

16-08-2018, 07:30           
Aztv nin Mədəniyyət kanalı və Dosent Natiq Alışov Azərbaycana xəyanət edir? VİDEO
Aztv nin Mədəniyyət kanalı və Dosent Natiq Alışov Azərbaycana xəyanət edir? AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi” ekspedisiyasının rəhbəri, İnstitutun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov Aztv nin Mədəniyyət kanalında veriliş zamanı deyir ki, Qafqaz Albaniyasında xristianlığın yayılması bizim eranın I əsrindən başlayıb: “Bu, xristian missionerləri tərəfindən həyata keçirilib. Aparılmış missionerlik fəlaiyyəti nəticəsində IV əsrin əvvəllərində 326-cı ildə alban çarı Urnayl tərəfindın xristianlıq Qafqaz Albaniyasında dövlət dini elan edilib. Bundan sonra Albaniya ərazisində çoxlu sayda xristian abidələri, məbədlər, kislə, monastrlar tikilməyə başlayıb”.
Amma VII əsrdə ərəb işğalları nəticəsində dövlətçilik zəifləyib və 8-ci əsrdən alban katolikosu seçilən şəxsin təsdiqi bir müddət erməni monofizit kilsəsinə həvalə edilib. Bununla da, ictimai-siyasi boşluqdan istifadə edən ermənilər alban kilsələrində alban yazılarını erməni yazısı olan qrabarla əvəzləməyə başlayıblar.
Lakin canlı efir zamanı aparıcının gəlin indidə Azərbaycanın xəritəsinə baxaq və bu xəritədə Alban abidələrinin yerini müəyyənləşdirək. Faktaz.comun əməkdaşı bildiri kİ, Azərbaycanın xəritəsini efirə təqdim edəndə xəritədə böyuk ermənistan xəritəsi göstərilmişdir. Natiq Alışov isə bir alim olaraq gördüklərinə irad bildirmək əvəzinə canla başla qondarma erməni xəritəsini tanımış və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən bu rəzilliyə göz yummuşdur. Hər halda Natiq Alışovu “Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi” eskpedisiyasına rəhbər qoymaqda onun xristianlara yox sırf ermənilə qarşı olan sevgisi nəzərə alınıb . Bu işə o deməkdir ki. Aztv nin Mədəniyyət kanalında sırf erməni təbliğatı aparılır. Bildirmək istəyirik ki. Azərbaycanın ərazi bütövlüyünü , suverenliyini , müstəqilliyini tanımaq və qorumaq hər bir vətəndaşın borcudur! Aztv kimi mötəbər bir televiziyanın Mədəniyyət kanalı isə düşmən xalqın qondarma xəritəsini və böyük ermənistanı tanıyır !
Sonda əlavə etmək istərdik ki, Azərbaycan Respublikasının konstitusiya quruluşu, ərazi bütövlüyünün parçalanması qanunla cinayət hesab olunur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.