Pentaqon əsgərlərin beyinlərini proqramlaşdıracaq

17-10-2018, 07:29           
Pentaqon əsgərlərin beyinlərini proqramlaşdıracaq
ABŞ-ın müdafiə nazirliyinə məxsus araşdırma qurumu əsgərlərin beynini proqramlaşdıracaq.
Ölkə.Az xəbər verir ki, insan beyninə yerləşdiriləcək çiplərlə orqanizm və beyin proqramlaşdırılacaq və idarə ediləcək. DARPA artıq zehni nəzarət etmək üçün başlayan layihəni hərbçilərin üzərində sınaqdan keçirmək üçün hərəkətə keçir.

Qurumun bioloji texnoloji departamentinin rəisi doktor Castin Sançes bildirib ki, insan saçı kimi nazik mikro kabel ilə elektrodların insanların beyninə yerləşdirilməsi üzərində işləyir. Alim bildirib ki, layihə uğurlu alınsa, insanın ağlından keçəni biləcəklər və beyinin davranışları necə kodlaşdıracağı anlaşılacaq.

Bu çiplər ilk olaraq iflic insanlar tərəfindən istifadə ediləcək. Bununla da onları əlil arabasından xilas etmək mümkün olacaq. Sançes bildirib ki, istəklərindən biri də kompüter vasitəsilə məlumatı və düşüncəni bir insanın beynindən digər insanın beyninə transfer etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru