Azərbaycanda vətəndaş Mərkəzi Bankı məhkəməyə verib

19-10-2015, 12:08           
Azərbaycanda vətəndaş Mərkəzi Bankı məhkəməyə verib
Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib. “Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən vətəndaş Sərvan Kərimov Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.

O, bu il fevralın 20-dən 21-nə keçən gecə vurulan 13 423 ABŞ dolları və 4 000 ABŞ dolları mənəvi zərərin, yəni cəmi 17 000 ABŞ dolları miqdarında pul vəsaitinin cavabdehdən tutularaq ona ödənməsi tələbini irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Məhkəmə qərarından narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bununla da Azərbaycan manatı 33,4 faiz ucuzlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.