Bakıda 'Ferrari' ilə qəza törədən xanım Eldar Mahmudovun qızı imiş FOTOLAR

19-10-2015, 16:14           
Bakıda 'Ferrari' ilə qəza törədən xanım Eldar Mahmudovun qızı imiş FOTOLAR
Bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində ''Hyundai'' və ''Ferrari''markalı avtomobillərin toqquşması çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobilini sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toquşmuşdu. Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçmışdı.

Həmin vaxt ''Ferrari''nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayaraq bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğunu xəbəri yayıldı.

Bu gün Criminal.az-a həmin ''Ferrari''nin sürükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, ''Ferrari''nin sükanı arxasında olan xanım bir neçə gün əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə ''Niva'' markalı maşın gəlib, ''Ferrari''nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın ''Ferrari''nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.

Bundan başqa, qəza törədən xanımın bacısının da eyni rəngdə 10 -- 009 nömrəli ''Porsche'' markalı avtomobili var. Hətta 009 seriyasının E.Mahmudovun nəzarətində olduğu deyil. Onun xidməti avtomobili 10 AA 009, ailə maşınları isə 90 AA 009 nömrəli BMW 10 JU 009 nömrəli ''Mercedes S-class'' olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.