Misirdə pis hava şəraiti 5 nəfərin ölümünə səbəb olub

17-01-2019, 07:38           
Misirdə pis hava şəraiti 5 nəfərin ölümünə səbəb olub
Misirdə pis hava şəraiti nəticəsində azı 5 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "El-Vatan" nəşri yazıb.

Məlumata görə, Qahirə və ölkənin bir neçə əyalətinə son vaxtların güclü külək, aşağı temperatur və qısamüddətli yağışlarla müşayiət olunan ən güclü qum fırtınası üz verib.

Təbii fəlakət nəticəsində şimalda yerləşən Port-Səiddə daş hasarın bir hissəsi uçub. Hadisə zamanı bir nəfər gənc oğlan həyatını itirib, daha iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən başqa bir hadisə isə Qarbiyə əyalətində qeydə alınıb. Burada leysan yağışlar zamanı taksi sürücüsü yolda idarəetməni itirib və nəticədə 4 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru