Trasnfarmatora girən qızla oğlanı "tok" vurdu - Bakıda

21-10-2015, 10:53           
Trasnfarmatora girən qızla oğlanı "tok" vurdu - Bakıda
Bakının Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 20 yaşlı Fəqan Fərzəliyevlə bir məhəllədə yaşayan hələlik kimliyi məlum olmayan 18 yaşlı qızı elektrik cərəyanı vurub. Onlar yüksək gərginlikli transformatorun yerləşdiyi tikilinin qapısını açaraq içəri daxil olublar.

Bu zaman ehtiyatsızlıq səbəbindən 6 min volt gərginlikli elektrik naqilinə toxunan Fəqan Fərzəliyevi və yanındakı qonşu qızı elektrik cərəyanı bir neçə metr kənara atıb.

Hər iki şəxs ağır xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hadisə nəticəsində adı hələlik məlum olmayan qız ayağından və alın nəyihəsindən yanıq xəsarətləri alıb. Çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyevin isə qolunun biri amputasiya olunub.

Faktla bağlı Nəsimi rayonu polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.