Rüstəm İbrahimbəyov Bakını tərk etdi

18-02-2019, 12:37           
Rüstəm İbrahimbəyov Bakını tərk etdi
Bu yaxınlarda (fevralın 5-də) 80 yaşını qeyd edən tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun uzun müddətdən sonra Bakıya gəlməsi barədə məlumat vermişdik.

Modern.az saytı tanınmış kinorejissorun Bakı təəssüratları barədə informasiya əldə etməyə çalışsa da, bu, mümkün olmayıb.

Belə ki, Rüstəm İbrahimbəyovun dostları Modern.az-a açıqlamasında onun artıq Azərbaycanı tərk etdiyini söyləyiblər.

“Hazırda Rüstəm İbrahimbəyov Heydər Əliyev adına hava limanındadır. O, Azərbaycanı tərk edib Moskvaya qayıdır”.

Qeyd edək ki, dünən Azərbaycan Kinematoqrafçılar ittifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün məclis təşkil ediblər.

Sosial şəbəkələrdə R.İbrahimbəyovun iştirak etdiyi məclisdən fotoşəkillər də paylaşılıb.

Şəkildən görünür ki, məclisdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər yer alıb.

Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Milli Şurasının vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülsə də, o, Bakıya gələ bilmədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru