ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var

24-02-2019, 09:09           
ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var
ABŞ-da ikinci təyyarə qəzası baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Massaçusets ştatında qeydə alınıb.

Mensfild aeroportu ərazisində yüngül mühərrikli "Cessna 172" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Həmçinin bildirilir ki, təyyarə yerə düşən vaxtı partlayıb və yanıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, ABŞ-da ikinci təyyarəsi qəzasıdır. Daha əvvəl "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru