Bakıda çörəyin içindən şayba çıxdı - FOTOLAR

6-04-2015, 17:03           
Bakıda çörəyin içindən şayba çıxdı
Bakıda çörəyin içindən şayba çıxıb.

“Vaqa Baker” MMC-nin (“Baker” çörək zavodu) istehsal etdiyi çörəyin içindən şayba çıxıb.

Məlumata görə, Bakıda dükandan alınan çörəyin içindən şayba çıxdığı aydın görünür. Vəziyyəti belə görən vətəndaşlar şikayət edəcəyini bildirib.

Həmin şəkilləri oxuculara təqdim edirik:

Qeyd edək ki, son zamanlar Bakıda satılan çörəyin içindən skotç, taxta yapışqan da çıxıb. Gigiyena və Epidemiologiya Mərkəzindən deyilib ki, çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələməmişdən xəmir yoğurmağa üstünlük verirlər ki, nəticə də göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən birbaşa kisə ilə xəmir yoğuran maşına tökürlər. Un ələmək üçün zavodlarda xüsusi iri ələklər var ki, bu ələklər daima işlək vəziyyətdə olmalıdır. Belə ələklərdə un əvvəlcə ələnməlidir, daha sonra çörək bişirilməlidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru