Daha bir xarici şirkət Azərbaycanı tərk edir - BÖHRAN

11-11-2015, 14:31           
Daha bir xarici şirkət Azərbaycanı tərk edir - BÖHRAN
"Georservice S.A." şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlandığını elan edib.

Bu barədə "Report"a Vergilər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Şirkətin kreditorları iki ay müddətində tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1958-ci ildə əsası qoyulan "Georservice S.A." şirkəti "Schlumberger Ltd."nin törəmə şirkəti kimi fəaliyyət göstərir.

Baş ofisi Parisdə (Fransa) yerləşən "Georservice S.A." əsasən sahə nəzarət xidmətləri, dərin quyularda palçıqların kimyəvi və mexaniki tərkibi ilə bağlı analizlərin aparılması və neft-qaz əməliyyatlarının məhsuldarlığına nəzarət edilməsi xidmətləri göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru