"Cəhənnəm istiləri" gəlir - Ölkələr təşvişdə

26-06-2019, 09:39           
"Cəhənnəm istiləri" gəlir - Ölkələr təşvişdə
Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib

Avropanın bir sıra ölkələri anomal istilərə hazırlaşır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada havanın temperaturu 40 dərəcədən yuxarı olacaq. Bu barədə Sputnik Azərbaycan "The Independent" nəşrinə istinadən xəbər verir.

Yüksək temperaturu Avropaya Böyük Səhradan gələn külək gətirəcək. İsti havanın pik dövrü 26-28 iyul tarixlərində müşahidə olunacaq.

İspaniya meteoroloqları qarşıdan gələn havanı “cəhənnəm istisi” adlandırıb, Fransa isə intensivliyinə görə ikinci olan "narıncı" təhlükəsizlik həddində dəyərləndirib.

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Oksford Universitetinin alimləri anomal istiləri iqlim dəyişikliyi ilə əlaqələndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru