“Ordudan gözləntim odur ki, Qarabağı alsın”

26-06-2019, 21:22           
“Ordudan gözləntim odur ki, Qarabağı alsın”
“Hamı kimi mənim də ordumuzdan bir gözləntim var”
“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü haqda danışarkən deyib. S.Səxavət ordumuzdan torpaqlarımızı tezliklə azad edəcəyi günü gözlədiyini deyib:

“Bu gün 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edirəm. Onlara uğurlar arzulayıram. Qaldı ki, on milyon azərbaycanlı kimi mənim də ordumuzdan bir gözləntim var və bu da Qarabağı geri almaqdır. Onlar mənim əvəzimə nə yazı yazasıdır, nə də işə gedib- gələsidir. Yəni hərənin öz işi var. Dünyadakı bütün azərbaycanlıların ordumuzdan gözləntisi ilə mənim gözləntim üst-üstə düşür. Allah ordumuzu qorusun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru