ABŞ-ın Azərbaycandakı səfiri Əbülfəz Elçibəyin ailəsinə məktub göndərib

27-06-2019, 19:45           
ABŞ-ın Azərbaycandakı səfiri Əbülfəz Elçibəyin ailəsinə məktub göndərib
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

“Report”un məlumatana görə, Ə.Elçibəyin övladları Çilənay Səmədbəyli və Ərturqut Əliyevin adına göndərilən məktubda deyilir:

“Ananızın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir. Allah rəhmət eləsin!”.

Ə.Elçibəyin övladları başsağlığına görə ABŞ səfirinə təşəkkür ediblər.

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. O, 67 yaşında dünyasını dəyişib. Mərhum doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndində dəfn olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru