MTN-in daha 5 vəzifəli şəxsi istintaqa cəlb olundu – SİYAHI

17-11-2015, 21:05           
MTN-in daha 5 vəzifəli şəxsi istintaqa cəlb olundu – SİYAHI
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 5 vəzifəli şəxsi istintaqa cəlb edilib.

Trend-in məlumatına görə, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Akif Çovdarovun həbsindən sonra həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov, idarə rəisi polkovnik Rəsul Rəsulov, idarə rəisinin müavini polkovnik Alı Nəbiyev, idarə rəisinin müavini polkovnik-leytenant Elxan Ömərov istintaqa cəlb olunublar.

Qeyd edək ki, bundan əvvəl həmin Baş İdarənin əməkdaşları - şöbə rəisinin müavini Orxan Osmanov və idarə rəisi Akif Əliyev barəsində Səbail rayon məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru