ABŞ-da təyyarə qəza enişi edib, 7 nəfər xəsarət alıb

23-08-2019, 08:04           
ABŞ-da təyyarə qəza enişi edib, 7 nəfər xəsarət alıb
Birləşmiş Ştatlarda yerli "Hawaiian Airlines" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CNN telekanalı məlumat yayıb.

Layner Kaliforniya ştatının Oklend şəhərindən Havay adalarının Qonolulu şəhərinə uçurmuş. Təcili eniş təyinat yerinə edilib. Hadisəyə hava gəmisinin göyərtəsində tüstülənmə səbəb olub.

Nəticədə ikisi uşaq olmaqla 7 sərnişin xəsarət alıb. Onların hamısı nəfəs çağışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilib.

Uçuş zamanı təyyarədə tüstülənmənin hansı səbəbdən yaranması araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru