Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı

24-08-2019, 12:41           
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı
Rusiyanın məşhur azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Moskva vilayətinin Rublyovka bölgəsindəki 45 milyon dollar dəyərində olan 43 min kv.m-lik torpaq sahəsini satıb.

"Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbər verir ki, aparıcı bu qərara mülkü haqda KİV-də materialların dərc olunmasından sonra gəlib. Əsgər-zadənin torpaq sahəsini "Qodovari Development” kompaniyası alıb.

Xatırladaq ki, bir müddət əvvəl "Proyekt” nəşri N. Əsgər-zadənin 45 milyon dollar dəyərində 43 min kv.m-lik torpaq sahəsi aldığı haqda xəbər vermişdi. Aparıcı sahəyə ötən ilə sahiblənsə də, jurnalistlərə açıqlamasında həmin ərazinin ona məxsus olmadığını demişdi.

Qeyd edək ki, N. Əsgərzadə "Rossiya 1" telekanalında çalışır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru