Məşhur milyarder öldü

24-08-2019, 16:21           
Məşhur milyarder öldü
Amerikalı sahibkar, milyarder və dünyanın ən varlı insanlarından biri olan Devid Kox 79 yaşında vəfat edib.
Azərtac xəbər verir ki, Kox 1940-cı il mayın 3-də anadan olub.

Texnoloji təhsil alıb və qardaşı ilə birgə atasının “Koch Industries” firmasında karyera qurmağa başlayıb. Atanın ölümündən sonra Kox qardaşları neft emalına, gübrə, polimer istehsalına və digər sahələrə investisiya qoyaraq kompaniyanın fəaliyyət dairəsini xeyli genişləndiriblər.
Devid siyasi həyatda aktiv iştirak edib, müxtəlif aksiyaları maliyyələşdirib. 1980-ci ildə Libertarian partiyasından vitse-prezident postuna namizədliyini irəli sürüb.

“Forbes” nəşrinin 2018-ci ilə olan məlumatına görə, onun varidatı 51 milyard dollar həcmində qiymətləndirilib, sahibkarın özü isə dünyanın ən varlı insanları siyahısında 11-ci yeri tutub. “Bloomberg” agentliyinin məlumatına əsasən, 2019-cu ilin avqustunda Çarlz və Devid Kox qardaşlarının sərvəti 124,5 milyard dollar təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.