Kolumbiyada 5,3 bal gücündə zəlzələ olub 26-08-2019, 08:05 Avqustun 25-də Kolumbiyanın qərbində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.Məlumata əsasən, yeraltı təkanların episentri Quapi şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 69,5 km dərinlikdə yerləşib.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Facebook-da paylaş