Meksikada bara hücum zamanı 28 nəfər öldürülüb

29-08-2019, 07:34           
Meksikada bara hücum zamanı 28 nəfər öldürülüb
Meksikanın Verakrus ştatının Koatsakoalkos şəhərində bara hücum nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgənin baş prokuroru məlumat yayıb.

“Ölənlərin sayı 28 nəfərdir ki, onlardan 10-u qadındır. Daha 11 nəfər də yaralanıb və hazırda xəstəxanadadırlar”, - deyə məlumatda qeyd olunur.

Rəsmilərin sözlərinə görə, hücum azı 10 nəfər tərəfindən törədilib. Onlar barda yanğın törədib, daha sonra isə məkanı tərk etməyə çalışanlara odlu silahdan atəş açıblar.

Verakrus ştatının qubernatoru Kuitlauak Qarsiya hücumun tərşkilatçısının müəyyən olunduğunu bildirib. Söhbət bu ilin iyul ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, daha sonra ittiham elan olunmadan azad edilən cinayətkardan gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.