Yol polisi bahalı maşınların ön hissəsinə quraşdırılmış sayrışan işıqlar və səs siqnallarını belə sökdü

29-08-2019, 15:31           
Yol polisi bahalı maşınların ön hissəsinə quraşdırılmış sayrışan işıqlar və səs siqnallarını belə sökdü
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində sayrışan işıqlardan istifadə edən, avtomobilə əlavə avadanlıq quraşdıran, eyni zamanda nömrəsiz maşın idarə edən sürücüləri saxlayıblar.

10 AS 225 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü maşının ön hissəsinə sayrışan işıqlar və səs siqnalı quraşdırıb.

99 HC 452 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü isə pultla idarə olunan sayrışan işıqları maşına quraşdırıb. 10 TK 060 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobilin sürücüsü "miqalka"dan istifadə edib. 99 DS 506 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü polis avtomobillərinə məxsus olan sayrışan işığı maşının ön alın şüşəsinin ortasına quraşdırıb.

Aşkarlanan bütün avtomobillər duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunub. (avtosfer.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru