“Poxmel”in çarəsi tapıldı

30-08-2019, 08:39           
“Poxmel”in çarəsi tapıldı
Həddindən artıq qəbul edilən spirtli içkinin təsirindən insanda şiddətli baş ağrıları, ürəkbulanma, halsızlıq, susamaq - bir sözlə, hamının "poxmel" kimi bildiyi hallar yaranır.

"Poxmel"lə mübarizədə müxtəlif üsullardan istifadə olunur: Soyuq duş, yaxud isti vanna, bal şərbəti, şoraba suyu içmək, qatıq, isti və sulu xörəklər yemək, qaçmaq, müxtəlif həblər qəbul etmək və s.

Bu günlərdə isə Çinin Sun Yatsen Universitetinin alimləri "poxmel" sindromu ilə mübarizədə yeni üsul tapıblar.

Çinli alimlərin fikrincə, limon şirəli qazlı mineral su alkoqol sərxoşluğunun nəticələrini aradan qaldırmağa daha yaxşı kömək edir. Belə ki, bu qarışıq spirtli içki qəbulu nəticəsində əmələ gələn böyük miqdarda etanol və atsetaldegidin parçalanmasını və bədəndən ixracını sürətləndirən fermentin əmələ gəlməsini stimullaşdırır.(Milli.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru