Ermənilər Bərdənin 60 km-də hündürmərtəbə binalar tikməyə başladı
30-08-2019, 22:37
Separatçı-terrorçu erməni rejimi Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Əsgəran şəhərində çoxmənzilli binalar tikməyə başlayıb. Teref.az Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, artıq Əsgəranda 3 çoxmənzilli binanın bünövrələri qazılıb və tikinti işlərinə start verilib.
Xatırladaq ki, 1991-ci ildən separatçı ermənilərin tam nəzarətinə keçmiş Əsgəran şəhəri Bərdə rayon mərkəzindən cəmi 60 km, işğal altındakı Ağdam rayon mərkəzindən isə 13-14 km məsafədə yerləşir. Şəhər XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası ilə məşhurdur.