Biznesmen evinə girən oğrulara görün nə etdi - Video

27-09-2019, 07:55           
Biznesmen evinə girən oğrulara görün nə etdi - Video
Böyük Britaniyada Əli Asif adlı biznesmen evinə oğurluğa girən 4 nəfər silahlı şəxslə əlbəyaxa davaya çıxıb.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı ilə evdə olan Əli qəribə səslər eşidib. Qapıya tərəf gedən ev sahibi başdan-ayağa qara geyinmiş bir nəfərlə rastlaşıb. Əli dərhal ona hücuma keçib. Onun sözlərinə görə, 30 yaşlı xanımı Şarlottanı qorumaq üçün silahlı şəxslərin qarşısına əliyalın çıxmalı olub. O bunu instinktiv olaraq etdiyini deyib:

“O, mənə vurdu və biz döyüşməyə başladıq. Daha sonra ikinci şəxs gəldi. Düşündüm ki, yuxarı – arvadım olan mərtəbəyə qalxacaqlar. Buna icazə verə bilməzdim”.

Əli oğruları itələyərək həyətə çıxarmağı bacarıb. Video-görüntülərə əsasən, basqınçılardan birinin əlində vintaçan olub. Əli də mətbəxə qaçaraq bıçaq götürüb. Quldurlar qaçmağı bacarıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru