Azərbaycanlı milyonçu xəstə uşaqlar üçün hospis tikdi

15-10-2019, 03:27           
Azərbaycanlı milyonçu xəstə uşaqlar üçün hospis tikdi
Rusiyanın tanınmış iş adamlarından biri, azərbaycanlı milyonçu Araz Ağalarov Moskvada uşaq stasionar hospis mərkəzi tikdirib.

Axar.az xəbər verir ki, bu barədə iş adamının oğlu Emin Ağalarov özünün İnstaqram səhifəsində məlumat verib.

“Ata, sağ ol! Moskvada uşaqlar üçün “Mayaklı ev” açıldı”, - deyə Ağalarov qeyd edib.

Onun sözlərinə görə, xəstəxana “Həyat bəxş et” və “Vera” xeyriyyə fondlarının təşəbbüsü ilə tikilib. Hospis "Crocus Group"xeyriyyə vəsaiti hesabına tikilib. ⠀

O, qeyd edib ki, mərkəz bütün lazımı şəraitlə təmin edilib. Orada peşəkar həkimlər, müasir avadanlıqlar, yeni dərman preparatları var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.