İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket düşüb

29-10-2019, 03:11           
İraqda ABŞ hərbçilərinin olduğu bazaya iki raket düşüb
İraqda ABŞ hərbçilərinin olduğu bazaya raket atılıb.

"Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Bağdad yaxınlığındakı "Taci" hərbi bazasında baş verib. "Bağdaddan şimalda, Amerika hərbçilərinin olduğu "Taci" bazasına 2 raket düşüb", - deyə telekanal bildirib.

Hadisənin təfərrüatları açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru