İraqda dəhşətli toqquşma - Yaralananlar var

26-01-2020, 21:21           
İraqda dəhşətli toqquşma - Yaralananlar var
İraqın Di-Kar əyalətində etiraz aksiyasını iştirakçıları və təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Teleqraf.com xəbər verir ki, etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşma Nəsiriyyə şəhərinin mərkəzində olub.

Bildirilir ki, toqquşmalar nəticəsində azı 30 nəfər xəsarət alıb.

Qeyd edək ki, ötən ilin oktybar ayından İraqda davam edən etiraz aksiyalarının iştirakçıları hökumətin istefaya getməsini, korrupsiya, işsizliklə mübarizə və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Davam edən etiraz aksiyaları nəticəsində 600-dən artıq insan həlak olub, 50 minə yaxın isə xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru