Bakıda daha bir vəzifəli saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib

27-01-2020, 09:48           
Bakıda daha bir vəzifəli saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib
"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

Teref.az apa-ya istinadən məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru