Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

27-01-2020, 16:26           
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununda daha bir xəstə ölüb.

APA-nın məlumatına görə, Bakı sakini, 1951-ci il təvəllüdlü xanım (K.N) həmin xəstəxanada vəfat edib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölüm faktını təsdiqləyib və bildirib ki, sözügedən xəstə tibb müəssisəsinə çox ağır şəkildə gətirilib: "Xəstə ötən ilin dekabr ayının 22-də xəstələnib, bir müddət evdə müalicə aldıqdan sonra bu il yanvarın 11-də ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya müraciət edib. Aparılan müalicələrə baxmayaraq, xəstə yanvarın 22-də vəfat edib”.

Son zaman rəhbəlik etdiyi qurumda ölüm hadisələrini çox olmasına münasibət bildirən H. Qədirova bildirib ki, Ağciyər Xəstəlikləri İnstitutu 3-cü dərəcəli xəstəxanadır: "Xəstələrə tərəfimizdən lazım olan bütün müalicələr təyin olunur. Buraya nisbətən daha ağır xəstələr göndərilir. Ağciyər xəstəlikləri ölüm səbəblərinə görə dünyada 3-cü yerdədir".

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad da dünyalarını dəyişiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru