“Karantin daha çox insanı öldürdü, nəinki xilas etdi” - Nobel mükafatçısı

27-05-2020, 01:04           
“Karantin daha çox insanı öldürdü, nəinki xilas etdi” - Nobel mükafatçısı
Stenford universitetinin biologiya professoru Maykl Levitt hesab edir ki, koronavirus səbəbilə karatinin tətbiqi yalnız ölümlərin sayını artırıb. Levitt 2013-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

“The Daily Mail” nəşrinin yazdığına görə, alim əmindir ki, məhdudlaşdırıcı tədbirlər yalnız ziyan vurub. Bunun nəticəsi ev zorakılığının artması və boşanmalar, alkoqolizm və səhiyyə sistemində yaranmış ifrat yüklənmə səbəbilə tibbi köməksiz qalan insanların ölməsi oldu. Levitt həm də bəyan edib ki, Amerka Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti ölümlərin sayını 10-12 dəfə atıq göstərib və Nil Ferqyusson modelinə istinad edib.

Fizik Marko Kolanoviç isə öz növbəsində, belə bir fikir irəli sürüb ki, COVİD-19 öz dinamikasına malikdir və müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər (məsələn, insanlar arasında təmasların məhdudlaşdırılması) bu dinamikaya az təsir göstərir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru