Kanadada silahlı insident baş verib, yaralılar var
27-05-2020, 06:59
Kanadanın Toronto şəhərinin mərkəzində baş vermiş silahlı insident nəticəsində biri uşaq olmaqla 3 nəfər yaralanıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli “CBC” telekanalı məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir qadının vəziyyətinin ağır, ancaq sabit olduğu deyilir. Polis yaralıların kimliyini hələlik açıqlamayıb.