Qaradərili amerikalını öldürməkdə günahlandırılan keçmiş polisin həyat yoldaşı boşanır

31-05-2020, 00:00           
Qaradərili amerikalını öldürməkdə günahlandırılan keçmiş polisin həyat yoldaşı boşanır
Qaradərili amerikalı Corc Floydu öldürməkdə günahlandırılan keçmiş polis zabiti Derek Şovenin həyat yoldaşı Kelli Şoven boşanma üçün müraciət etdi.

KONKRET.az xəbər verir ki, bu barədə “Facebook”da qadının “Sekula Law Offices” hüquq firmasında çalışan vəkili məlumat yayıb.

Vəkil qeyd etdi ki, Şovenin həyat yoldaşı baş verən hadisələrlə əlaqədar depresiya keçirir və Floyd ailəsinə başsağlığı verir.

Xəbərdə, qadının çətin anlarda ailəsinin və uşaqlarının təhlükəsizliyini təmin etmələrini istəyib.

Daha əvvəl məlum olub ki, Minneapolis şəhərində qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsi səbəbindən iğtişaşlar başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru