Paşinyan koronavirusa kimdən yoluxduğunu açıqladı

1-06-2020, 10:53           
Paşinyan koronavirusa kimdən yoluxduğunu açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus infeksiyasına kimdən yoluxa bilmə ehtimalını açıqlayıb. Azvision.az xəbər verir ki, Paşinyan koronavirusa ona su verən ofisiantdan yoluxduğunu düşünür.

“Güman edirəm ki, işgüzar görüş zamanı yoluxmuşam. Həmin görüşdə su verən şəxs əlcək geyinməmişdi. Yerindəcə iradımı bildirdim və stəkanı dəyişməyi təklif etdim", - Paşinyan bildirib.

O, əlavə edib ki, həmin ofisiantda da koronavirus aşkarlanıb.

Xatırladaq ki, Paşinyan və onun bütün ailə üzvləri koronavirusa yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru