ÜST:"Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb"

3-06-2020, 01:29           
ÜST:"Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb"
Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,2 milyona çatır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə COVID-19-a yoluxanların sayı 100 mindən çox artıb.

Eyni zamanda 376 mindən çox insan təhlükəli virusdan ölüb.

Son sutkada COVID-19-a 113 198 yeni yoluxma qeydə alınıb, 4 242 pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 194 533, ölüm hallarının sayı 376 320 təşkil edir.

Dünyada təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 905 432 insan təhlükəli virusa yoluxub/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru