Bakıda avtobus qəzaya uğradı

3-06-2020, 12:16           
Bakıda avtobus qəzaya uğradı
Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtobusla minik maşını toqquşub.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdikləri məlumata görə, Yeni Ramana qəsəbəsi ərazisində 214 saylı avtobusla “Mercedes” makralı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, həm avtobusa, həm də minik maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.