Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO

5-06-2020, 16:43           
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
Ermənistanda maska taxmayan vətəndaşa qarşı zor tətbiq edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, insident Ermənistanın paytaxtı Yerevanda baş verib.

Belə ki, 4 polis maska istifadə etməyən vətəndaşa sərt müdaxilə edib. Hətta polislərdən biri onu boğmağa da başlayıb.

Saxlanılma zamanı adıçəkilməyən vətəndaş dəfələrlə nəfəs ala bilmədiyini qışqırırdı.

Hadisə ölkədə qalmaqala səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı açıqlama da verib:

“Vətəndaşın yerində hər birimiz ola bilərik. Bu video az öncə çəkilib. Polislər məsuliyyətə cəlb edilməlidir”.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.