ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı

6-06-2020, 10:52           
ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı
ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində yerləşən polis şöbəsinin çevik polis bölməsinin əməkdaşları etiraz əlaməti olaraq iş yerlərini tərk ediblər.

WIVB telekanalının məlumatına görə, polislər və 57 zabit həmkarlarının işdən çıxarılmasına etiraz olaraq belə addım atıblar.

Qeyd edək ki, sözügedən şəhərin iki polis əməkdaşı 75 yaşlı kişini itələyib yıxdıqlarına görə vəzifələrindən kənarlaşdırılıblar. Onların xəsarət yetirdiyi şəxs ağır vəziyyətdə xəstəxanadadır.

57 zabit iş yerini tərk etsə də, işdən çıxmayıblar. Həmin polis şöbəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Xatırladaq ki, ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsindən sonra iğtişaşlar başlayıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru