Kolumbiyada bir gündə 1 392 nəfərdə COVID-19 aşkarlandı

7-06-2020, 04:42           
Kolumbiyada bir gündə 1 392 nəfərdə COVID-19 aşkarlandı
Kolumbiyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı kəskin artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial müdafiə nazirliyi məlumat yayıb. Belə ki, 1 392 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Hazırkı dövrədək Kolumbiyada 38 027 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 382 nəfər müalicə olunaraq sağalıb, 1 205 nəfər vəfat edib.

Qeyd olunub ki, son gün ərzində 744 pasiyent sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.