"Sizə koronavirus peyvəndi vurduracam" deyərək aldatdığı qızlarına Baxın nə etdi...

7-06-2020, 19:26           
"Sizə koronavirus peyvəndi vurduracam" deyərək aldatdığı qızlarına Baxın nə etdi...
Misirdə adı açıqlanmayan bir adam üç qızını sünnət etdirdiyi üçün hakim qarşısına çıxacaq. Baş Prokururluq qızlarını "Sizə koronavirus peyvəndi vurduracam" deyə aldadan adamla sünnəti edən həkimin mühakimə ediləcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, hər üçünün yaşı 18 yaşdan aşağı olan qızlar evə gələn həkimin koronavirus peyvəndi vuracağına inanıb.

Həkimin müdaxiləsindən sonra huşunu itirən qızlar oyandıqları zaman dəhşətli ağrı hiss edib və başlarına gələn hadisəni analarına söyləyib.

Qızların anası baş verən hadisə ilə bağlı polisə xəbər verərək boşandığı ərindən və həkimdən şikayətçi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru