“Baku Steel Company”nin rəhbəri jurnalisti məhkəməyə verdi - FOTO

9-06-2020, 00:00           
“Baku Steel Company”nin rəhbəri jurnalisti məhkəməyə verdi - FOTO
“Reaksiya” TV məhkəməyə verilib.

Bu barədə Unikal.org-a açıqlamasında “Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu deyib. Z. Qəriboğlu bildirib ki, Ramiz Mehdiyevin yaxın adamı olan “Baku Steel Company” nin rəhbəri Rasim Məmmədov onları məhkəməyə verib.
Z. Qəriboğlu məhkəməyə verilmə səbəblərini belə aydınlıq gətirib: “Mayın 27-də “Reaksiya” TV-də verilişimiz olub. Keçmiş Bakı Poladəritmə Zavodunun rəhbəri və “Elektroştamp” zavodunun rəhbəri bizim TV-yə müraciət ediblər. Və bildiriblər ki, Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” bizim haqlarımızı pozur. Müraciətlərində qeyd ediblər ki, onlarım məxsus olduqları zavodu dağıdırlar. Biz də bu məsələni araşdırıb TV- də vermişik. Bu məsələyə görə də bizi məhkəməyə veriblər”.
Qeyd edək ki, iyunun 11-də saat 12:00-da Yasamal Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru