Azərbaycan ərazisində tapılan xəzinə oğurlanıb

9-06-2020, 09:26           
Azərbaycan ərazisində tapılan xəzinə oğurlanıb
Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövründə Milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbərin son müsahibəsi həmin zaman hakim komandada təmsil olunanların ciddi müzakirəsinə səbəb olub.

Qeyd edək ki, S. Əkbər sözügedən müsahibəsində bəyan edib ki, onu proseslərdən izolyasiya etmək məqsədilə Qəbələ rayonunun Vəndam kəndinə xəzinə axtarışına göndəriblər.

Reyting.az-ın apardığı araşdırmalar zamanı isə bəlli olub ki, AXC iqtidarı zamanı təkcə Qəbələnin Vəndam kəndində deyil, respublikanın digər bölgələrində də xəzinə axtarıblar. Belə axtarışılardan biri də Kürdəmir rayonunda olub.

Məlumata görə, həmin vaxt Kürdəmir rayonu ərazisində qızıl sikkələr tapılsa da, onun böyük hissəsi rayonda diş həkimi işləyən şəxsin vasitəsilə yox edilib. Çox cüzi hissə isə Bakıya gətirilib.

AXC hakimiyyəti zamanında Daxili Qoşunların komandanı olmuş Fəhmin Hacıyev məsələ ilə bağlı Reyting.az-a deyib ki, şəxsən onun özü bu işlərlə məşğul olmayıb. Amma F. Hacıyev o zaman bu barədə nələrsə eşitdiyini bildirib. Bu səbəbdən də məsələ ilə bağlı konkret bir söz demək istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru