İtaliyada şok əməliyyat: 59 mafioz həbs olundu

9-06-2020, 15:09           
İtaliyada şok əməliyyat: 59 mafioz həbs olundu
İtaliya polisi mafioz fəaliyyətdə ittiham olunan 59 nəfəri həbs edib.

RealMedia.az xəbər verir ki, əməliyyat nəticəsində Neapol cinayət təşkilatı “Kamorra”nın üç klanına zərbə vurulub.

Əməliyyatın, həmçinin, sahibkarlıq və siyasət sferasında mafiyanın iştirak şəbəkəsini ifşa etdiyi bildirilib.

Polisin mafiozlarla bərabər keçmiş Baş nazir Silvio Berluskoninin İrəli İtaliya Partiyasından olan senator Luici Çezaronun üç qardaşını da həbs etdiyi açıqlanıb.

Qardaşlardan biri Neapoldakı xəstəxananın sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru