Moskvada koronavirusdan ölənlərin sayı 3 085 nəfərə çatdı

10-06-2020, 01:36           
Moskvada koronavirusdan ölənlərin sayı 3 085 nəfərə çatdı
Rusiyanın paytaxtı Moskvada son bir gündə daha 56 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bu barədə ölkənin Koronavrusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

“(Ölənlərin-red) ...hamısında pnevmaniya diqanozu təsdiqlənmiş, koronavirus testi müsbət nəticə vermişdi”, - deyə qərargahın xəbərində bildirilir.

Qeyd edilir ki, bununla da paytaxtda COVID-19 qurbanlarının ümumi sayı 3 085 nəfərə çatıb.

Moskvada koronavirusa ümumilikdə 198 590 nəfər yoluxub, 109 737 nəfər sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.