Əhəd Abıyev yayılan mülklərinin siyahısından DANIŞDI

10-06-2020, 20:43           
Əhəd Abıyev yayılan mülklərinin siyahısından DANIŞDI
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ötən gün onun haqqında saytımızda dərc olunmuş "Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı — ŞOK SİYAHI" (http://demokrat.az/news/40570) başlıqlı yazıya bu dəfə özü münasibət bildirib.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Ə.Abıyev yayılan məlumatların məqsədyönlü xarakter daşıdığını deyib:
“Mən 2011-ci ildən bütün günü Daşkəsəndəyəm, rayondan nə vaxt çıxdım ki, gedib Masallıda o qədər mal-mülk ala bildim? Mənim o qədər vaxtım hardadır? Buna görə də mən Baş Prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət etmişəm. Onların hansı addımlar atacağını gözləyirəm”.
İcra başçısının sözlərinə görə, Daşkəsəndə işinin başındadır, bütün günü rayonun təsərrüfat işləri ilə məşğuldur:
“Bunların hamısı Çoban Akifin, Hacı Mazanın işidir. Çoban Akif bizdən camaatın 300 hektar torpağını istəyib, verməmişik. Bundan əvvəl 360 hektar ərazini zəbt edib. İkinci dəfə imkan vermədik, indi əvəzini çıxmaq üçün haqqımda belə böhtan, uydurma yayır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.