Azərbaycanda MÜƏMMA: Təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı

12-06-2020, 08:24           
Azərbaycanda MÜƏMMA: Təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı
Qax rayonunun Almalı kəndində intihar hadisəsi olub. Kənd sakini Nofəl Məzahir oğlu Yusifov bu gün özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib.
Teref.az xəbər verir ki, mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Qeyd edək ki, N.Yusifov 3 il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək intihara cəhd etmişidi. Həmin vaxt anasının müdaxiləsi ilə intaharın qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı qalır. / Sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru