700 pişiyi ət kimi restoranlara satacaqdılar – Polis iş başında yaxaladı

13-06-2020, 14:25           
700 pişiyi ət kimi restoranlara satacaqdılar –
Koronovirus pandemiyasının başladığı Çinin Şansi əyalətinin Linfen şəhərində 700 ədəd pişiyi restoranlara yemək üçün satmağa hazırlaşan şəxslər iş başında yaxalanıb.

Avropa.info xəbər verir ki, hadisənin şahidi pişiklərin artıq yemək kimi süfrəyə verilmək üçün hazır saxlanıldığını deyib. O, Çin hökumətinin it və pişik ətinin istehlakını qanunla qadağan etməsindən sonra qaçaq satışların artdığını qeyd edib.

Yoxlama zamanı aşkarlanan 700 pişik küçəyə buraxılıb.

Qeyd edək ki, epidemiyanın başlamasından sonra vəhşi heyvanların istehlakına qadağa qoyulmuş, Şenzen şəhəri 1 maydan etibarən it və pişik ətinin qadağan olunduğu ilk şəhər olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru