İsveçrə hüquq-mühafizə orqanları qatarda qalan bir neçə kiloqram qızılın sahibini axtarır

14-06-2020, 08:43           
İsveçrə hüquq-mühafizə orqanları qatarda qalan bir neçə kiloqram qızılın sahibini axtarır
İsveçrənin Lütsern Şəhər Prokurorluğu dəmir yolu qatarında bir neçə kiloqram qızıl külçələri unutmuş şəxsi axtarır.

AZƏRTAC xəbər verir ki, prokurorluq qızıl külçələrin sahibinin beş il ərzində müvafiq mülkiyyət sənədləri təqdim etməklə əmlakını geri ala biləcəyini elan edib. Əks halda külçələr dövlət əmlakına çevriləcək.

İsveçrə mətubatının yaydığı məlumata görə, 2019-cu ilin oktyabr ayında Sankt Qallen şəhərindən Lütsern şəhərinə hərəkət edən sərnişin qatarında dəyəri 182 min İsveçrə frankı (170 min avro) olan qızıl külçələr olan paket aşkar edilib. Hüquq-mühafizə orqanlarının apardığı axtarış tədbirləri heç bir nəticə verməyib və paketi qatarda unudan naməlum şəxs tapılmayıb. Ona görə də külçələr artıq prokurorluğun sərəncamına verilib və sahibinin axtarışı rəsmi şəkildə ictimailəşdirilib.

Qeyd edək ki, qatarda aşkar olunarkən müəyyən edilən bazar dəyəri külçələrin ümumi çəkisinin 3,8 kiloqram olduğunu göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru